İvanişvilinin ABŞ səfəri təxirə salındı

22 Noyabr 2012 11:50 (UTC+04:00)
Gürcüstanın Baş naziri Bidzin İvanişvilinin ABŞ səfəri təxirə düşüb. AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, səfər üzümüzə gələn il həyata keçiriləcək. İvanişvili özü məsələ ilə bağlı açıqlamasında bildirib ki, onun yeni kabinetlə bağlı kifayət qədər işləri yaranıb.

Bu səbəbdən də ilk olaraq ABŞ-a Xarici İşlər naziri Maya Panjikidce gedəcək. Onun Dövlət katibi Hillari Klintonla görüşəcəyi bildirilir.

Sadiq Musa
AzNews.az