Avropa İttifaqında Britaniyasız ilk toplantı - 43 il sonra

29 İyun 2016 16:07 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov məlumat verib. Onun sözlərinə görə, 43 il sonra Böyük Britaniyanın iştirakı olmadan keçiriləcək ilk sammit sentyabrda baş tutacaq.

Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqındakı taleyi ilə bağlı referendum keçirilib. Referendumda ittifaqdan çıxmağın tərəfdarı olanlar 51,9 faizlə üstünlük qazanıb.

Aydan AXUNDOVA