Putin İstanbuldakı terror aktı barədə - Video

29 İyun 2016 21:59 (UTC+04:00)

Bu barədə Rusiya prezidenti Vladimir Putin hökümət üzvləri ilə görüşdə deyib.

V.Putin terror aktına görə təəssüfləndiyini bildirib və Türkiyə xalqına başsağlığı verib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında üç partlayış törədilib. Terrorçu-kamekadzelər sərnişinlərə atəş açıblar, daha sonra partlayıcı qurğuları işə salıblar. Son məlumata əsasən, terror aktı nəticəsində 41 nəfər ölüb, 240 nəfər isə yaralanıb.

Oxu.Az