“Ölkədəki bütün partiyalar ya Moskvadan, ya da Qərbdən idarə olunur”

22 Noyabr 2012 12:24 (UTC+04:00)
Qarabağ Komitəsinin üzvü Aşot Manuçharyan Ermənistandakı siyasi reallığı əks etdirən açıqlama verib.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, o, keçirdiyi mətbuat konfransında bildirib ki, hakimiyyətdə olan Respublikaçılar partiyası, Çiçəklənən Ermənistan partiyası və müxalif blok Erməni Milli Konqresi xaricdən idarə olunur: "1988-ci ildən Ermənistanda Moskva tərəfindən yaradılmış və idarə edilən hakimiyyət var. İndi ölkədəki bütün siyasi partiyalar ya Moskvadan, ya da Qərbdən idarə olunur".

Sadiq Musa
AzNews.az