İstanbuldakı terrorla bağlı əməliyyat - 13 nəfər saxlanıldı

30 İyun 2016 13:10 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 3-ü əcnəbi olmaqla 13 nəfər saxlanılıb.

Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 canlı bomba tərəfindən terror aktı törədilib. Ard-arda baş verən 3 partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.

Aydan AXUNDOVA