Aşıq Azəri ağır əməliyyata hazırlayırlar – Yekun qərar verildi

1 İyul 2016 14:37 (UTC+04:00)


Aşığın yaxınlarından AzNews.az-a verilən məlumata görə, aşıq Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq: "Orada qaraciyər köçürülməsi əməliyyatı aparılacaq. Donor aşıq Azərə ciyərinin 1 kq-nı verməlidir".

Bundan əlavə əməliyyata kimi aşıq 10 kq çəki atmalıdır. O, həmçinin səhhəti ilə bağlı idman eləməlidir: "Amma yeriyə bilmədiyindən idman edə bilmir. Buna görə həkim nəzarəti altında dietoloqla arıqlamalıdır".

Qeyd edək ki, Aşıq Azər Xanlaroğlu Hepatit C virusundan əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az