30 yaşlı gənc qadının intiharı haqda - Təfərrüatlar

1 İyul 2016 15:01 (UTC+04:00)

Bu haqda adının çəkilməsini istəməyən kənd rəsmisi məlumat verib.

Mənbəmiz bildirir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Kəndin əksər sakinləri kimi, Dünyamalıyevlər ailəsi də bura Ermənistandan gəlmədirlər.

Hadisə olan günü Pərvanə Dünyamalıyevanın atası Arif Əliyev qızıgildə olub.

Pərvanənin həyat yoldaşı Nizami Dünyamalıyevlə qayınatası Arif Əliyev arasında mübahisə yaranıb. Ev sakinləri tərəfləri sakitləşdirməyə çalışsalar da, nəticə hasil olmayıb. Atası və yoldaşına söz kar etmədiyini görən qadın baş verənlərin təsiri altında qəfil həyətə keçib və evin tövləsində özünü asıb.

Ailə üzvləri onu tapanda artıq ölmüş vəziyyətdə olub.

P.Dünyamalıyeva 4 uşaq anasıdır. Onun 3 oğlan, bir qız övladı var.

Hazırda hüquq mühafizə orqanları araşdırma aparır.


Modern.az