Terrorçulardan birinin də kimliyi bilindi

1 İyul 2016 17:19 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktını törədən şəxslərdən biri də Rakib Bulgarovdur. Onun Rusiya vətəndaşı oluğu bildirilir.

Qeyd edək ki, bundan öncə terrorçulardan Vadim Osmanovun adı müəyyən edilmişdi. Əslən çeçen olan Osmanovun da Rusiya vətəndaşı olduğu deyilir.

Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 canlı bombanın iştirakı ilə törədilən terror aktı nəticəsində 44 nəfər ölüb, 239 nəfər yaralanıb.

Aydan AXUNDOVA