İstanbulu qana bulayanlar Rusiya vətəndaşları çıxdı

1 İyul 2016 21:27 (UTC+04:00)

Terrorçuların adı Rakim Bulqaqov və Vadim Osmanovdur. Onların üzərindən Rusiyanın şəxsiyyət vəsiqəsi tapılıb.

Rusiya vətəndaşlarının kirayə tutduqları ev məlum olub. Terrorçular evdən çıxdıqdan sonra məlumtları silmək üçün "hard disk"i əvvəl kəsici alətlə deşərək zibilə atıblar. Bir müddət əvvəl isə Türkiyə mətbuatında şübhəlilərlə bağlı polislərin "WhatsApp"yazışması da yayılıb.

Bu yazışma hadisədən 5 dəqiqə öncə olub. ​Yazışmadan aydın görünür ki, onların geyimləri, daha doğrusu, yay günü gödəkçə geyinmələri polisi şübhələndirib. Polislərdən biri yoldaşına naməlum şəxslərin oğruya bənzədiklərini deyib və onları izləməyi tapşırıb.




Anspress.com