Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - Ölənlər var

1 İyul 2016 23:48 (UTC+04:00)

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb.

Təyyarə qəzası Balıkəsir vilayətinin Ayvalık rayonunda baş verib. Həlak olanların hadisə vaxtı təyyarənin bortunda olan təlimatçı və tələbə olduğu bildirilir.
Polis qəzanın başvermə səbəblərini araşdırır.


Report.az