SOS: Xəzərə təhlükəli maddələr axıdılır - Video

2 İyul 2016 09:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yayılan xəbərlərdə naməlum kimyəvi maddələrin dənizə tökülərək insan sağlamlığı üçün təhlükə yaratdığı qeyd olunur. Dənizin çirklənməsi xüsusilə Şimal DRES – Şüvəlan istiqamətində özünü göstərir.

Bəs dənizə atılan və insanları qorxuya salan bu maddə nədir? Həmin maddə sağlamlıq üçün nə qədər zərərlidir?

Məlumata görə, dənizə tökülən maddə kül pulpadır. Bu maddə əsasən, zərərsizdir. Tərkibinin 20-30 faizi kömür qazanxanalarından olan küldən, 10 % şlaklar və qalanı emal edilmiş sudan ibarətdir. Lakin sağlamlıq üçün ciddi təhlükə yaratmasa da, bu maddənin dənizə tökülməsi heç də düzgün deyil. Belə ki, istənilən kimyəvi artıqlar onlar üçün nəzərdə tutulmuş xüsusi yerlərə tökülməlidir.






Aydan AXUNDOVA