“Avro-2016”: Almaniya İtaliyaya qarşı

2 İyul 2016 10:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün daha bir yarımfinalçının adı məlum olacaq.

Almaniya və İtaliya milliləri üz-üzə gələcək. Erkən final adlandırılan görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa - İslaniya cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, artıq ilk yarımfinalçılar bəllidir. Final uğrunda Uels və Portulqaliya milliləri mübarizə aparacaq.

2 iyul

23:00. Almaniya - İtaliya
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorqi Rinq, Ventsel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)