Divar uçdu: İnsanlar dağıntılar altında qaldı - 8 ölü

2 İyul 2016 10:50 (UTC+04:00)
AzNews.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Uxan şəhərində yağış sularının beton dirəkləri yuması nəticəsində binanın divarı uçub. Yaxınlıqdan keçən insanlar dağıntılar altında qalıb. Xilasedicilər uçqun altından 8 nəfərin cəsədini çıxarıblar.

Qeyd edək ki, leysan yağışlar Çinin Cənub, Mərkəzi və Şərq hissələrində cümə günündən davam edir. Şəhər və qəzalar su altında qalıb. Su anbarları və qoruyucu bəndlərin yarılması təhlükəsi artır. Son günlər ərzində ölən insanların sayı onlarladır.

Aydan AXUNDOVA