Türkiyədə ağır yol qəzası - 5 ölü, 2 yaralı

2 İyul 2016 13:59 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə zamanı yük maşını yol kənarındakı baryerlərə çırpılaraq yanıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğınsöndürənlər yanğını yalnız iki saat sonra söndürməyə müvəffəq olublar.

Faktla bağlı araşdırma aparılır.