Bakı sakininə qarşı dələduzluq - 180 min dollar

2 İyul 2016 17:42 (UTC+04:00)

Bakı şəhər sakini, 42 yaşlı Şahbaz Mikayılov ərizə ilə huquq-muhafizə orqanlarına müraciət edərək 2008-ci ilin dekabr ayında qohumları - 1971-ci il təvəllüdlü Daşqın Məmmədov və Fizuli rayon sakini, 1964-cü il təvəllüdlü Süleyman Zeynalovun onu aldadaraq 180 min ABŞ dolları pulunu aldığını bildirib.

Şikayətçi ərizəsində qeyd edib ki, həmin şəxslər aldıqları pulu indiyədək geri qaytarmayıblar.

Faktla bağlı araşdırma aparılır.


Report.az