22 yaşlı gənc göldə çimərkən batdı - Yenilənib

2 İyul 2016 22:50 (UTC+04:00)

Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Apa.az

***
18:06

Tovuz rayonunda 22 yaşlı gənc göldə çimərkən batıb.

Hadisə rayonun Qazıqulu kənd ərazisində yerləşən Tovuzçay su anbarında baş verib.

Tovuzun Dönükqırıqlı kənd sakini Yaşar Hümbətov 6 nəfərlə birlikdə su anbarında çimməyə gedib. O, çimərkən suda batıb.

Hazırda gəncin meyitinin axtarışları davam etdirilir.


Report.az