İsmayıllıda dəhşətli qəza - 3 nəfər öldü

3 İyul 2016 11:11 (UTC+04:00)

İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Alıyev Asim Müsavər oğlu, sərnişinləri, 1983-cü il təvəllüdlü Mürsəlov Uğur Bünyat oğlu və 1987-ci il təvəllüdlü Həlimov Elbrus Elman oğlu aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamtinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.