Rusiyada FHN təyyarəsi qəzaya düşdü - 10 nəfər öldü

3 İyul 2016 12:45 (UTC+04:00)

Təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.

İlkin ehtimala görə, İrkutsk vilayətində meşə yanğınlarının söndürülməsi ilə məşğul olan və iyulun 1-də radarlardan itmiş təyyarə ağaca dəyərək qəzaya uğrayıb.

İyulun 4-də İrkutsk vilayətində matəm elan olunub.


Azərtac