Kürdəmirdə yük avtomobili yandı

4 İyul 2016 00:10 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Kürdəmir rayonunun, Qarabucaq kəndində qeydə alınıb.

Kənddə (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobili, qoşqunun 4 ədəd təkəri və qoşquya yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.