22 yaşlı qız mağazada öldürüldü - Bakıda dəhşət (Yenilənib 2)

4 İyul 2016 12:11 (UTC+04:00)

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Vidadi Qarayev Tərtər rayon sakini olan Gülpəri Aslanlı ilə bir müddət əvvəl tanış olduqlarını və aralarında münasibət yarandığını deyib. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Bildirilir ki, V.Qarayev 22 yaşlı qızın boğazına bıçaqla vuraraq onu öldürüb. G.Aslanlı Tərtərdə dəfn edilib.

Hadisənin baş verdiyi mağazadan görüntüləri təqdim edirik:





***
10:46

Bakı şəhərinin Nəsimi rayonunda törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

22 yaşlı Aslanlı Gülpəri Rasim qızı şəhərin mərkəzində Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsindəki mağazada öldürülüb. Onu qətlə yetirən 55 yaşlı Qarayev Vidadi Əziz oğlu həmin mağazanın icarədarıdır və ilkin məlumata görə, o, hadisəni qısqanclıq zəminində törədib.

V.Qarayevlə 22 yaşlı qız arasındakı münasibətlərin hansı formada olması və qətlin hansı səbəbdən törədilməsi hələlik tam aydınlaşmayıb.

Qeyd edək ki, mağazada müxtəlif əşyalar və aksesuarlar satılırmış.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Lent.az

***
10:04

Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının bıçaqlayaraq öldürüb.

V. Qarayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA.az