Uşaq 5-ci mərtəbədən yıxılaraq öldü - Bakıda

4 İyul 2016 13:08 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 3-də Binəqədi rayonu ərazisində yaşayan azyaşlı Nadir Xəlilov evlərinin pəncərəsindən (5-ci mərtəbə) yıxılıb.

N.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.