35 mindən çox şagird Azərbaycan dili fənnindən “2” aldı

4 İyul 2016 15:32 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, bu imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.

Buraxılış imtahanında IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər "2", Riyaziyyat fənnindən isə 26 438 nəfər "2" qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər "2", Riyaziyyat fənnindən isə 16 038 nəfər "2" qiyməti alıb.