Sabah PFL-ə prezident seçiləcək

4 İyul 2016 15:44 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, seçki 5 iyul saat 11:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq. Seçkidə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, PFL-ə 2008-ci ildən Ramin Musayev rəhbərlik edir.