“Qarabağ münaqişəsinin həlli uzadılmamalıdır”

4 İyul 2016 16:15 (UTC+04:00)

Bunu Rusiya XİN-in mətbuat xidmətinin başçısı Mariya Zaxarova deyib.

Mariya Zaxarovanın sözlərinə görə, onlar Qondarma Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşması üçün əllərindən gələni əsirgəmirlər.

"İki ölkə arasında görüşün harada və nəvaxt keçiriləcəyi planlaşdırılıbsa, bu barədə tərəflər məlumat verməlidirlər. Deyə bilərəm ki, bu məsələ də Rusiyanın bir məqsədi var - münaqişənin tezliklə həll olunmasında köməklik göstərmək. Biz əlimizdən gələni edirik. Bunun üçün Rusiya prezidenti, Rusiyanın Xarici İşlər naziri fəal səylər göstərir", - deyə zaxarova əlavə edib.

Anspress.com