Həbsdə olan sabiq MTN generalı bəraət istəyir

4 İyul 2016 16:28 (UTC+04:00)

V.Ələsgərovun vəkili Vüqar Xasayev bildirib ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti hazırlanır və şikayət iyulun 8-də məhkəməyə təqdim ediləcək. Şikayətdə V.Ələsgərova bəraət tələb olunur.

Qeyd edək ki, V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Trend.az