Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistana gedir

4 İyul 2016 18:48 (UTC+04:00)

Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Piter Svitalski bildirib.

Piter Svitalski deyib ki, səfər çərçivəsində H. Salberin Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

"Cari səfər onu sübut edir ki, Avropa İttifaqı regiondakı rolunu və iştirakını artırmaq istəyir", - deyə P. Svitalski qeyd edib.

Onun sözlərinə görə, münaqişələrə münasibətdə kompleks münasibət Aİ-nin strategiyasında vacib yer tutur.

O, həmçinin qeyd edib ki, Aİ Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır.

Qeyd edək ki, H. Salber Azərbaycana da səfər edəcək. Səfər iyulun ikinci on günlüyünə nəzərdə tutulur.

APA.az