Ermənistan və Rusiya XİN rəhbərləri Qarabağı müzakirə etdilər

4 İyul 2016 20:25 (UTC+04:00)

Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti yayıb.

"Görüş zamanı tərəflər Sankt-Peterburq və Vyana sammitlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunmuş razılıqların yerinə yetirilməsi istiqamətində atılan addımları müzakirə ediblər", - məlumatda bildirilir.

Qeyd olunur ki, Nalbandyan və Lavrov danışıqlar zamanı həmçinin Ermənistan-Rusiya müttəfiq münasibətlərini müzakirə ediblər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.

Oxu.Az