Bakıda özünü binadan atan qadının kimliyi bilindi - Foto + Yenilənib

4 İyul 2016 23:29 (UTC+04:00)

Çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar edən şəxsin Sadıqova Zəhra Telman qızı olduğu məlum olub.

***
22:37

Bakıda intihar hadisəsi baş verib.

İnsident Arif Heydərov küçəsində qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasından özünü atan naməlum şəxs 1-ci mərtəbədəki marketin damına, oradan isə yerə düşərək ölüb.

Əlavə məlumat veriləcək.




Apa.az