Məktəblini maşın vurdu - Gəncədə

5 İyul 2016 11:18 (UTC+04:00)

Şəhər sakini 13 yaşlı Hikmət Bağırovu yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, H.Bağırov dərhal əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.