Ərdoğan Əliyevi təbrik etdi

5 İyul 2016 11:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyə Prezidenti müqəddəs Ramazan bayramı münasibətilə Dövlət başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövlət başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.