Məşhur kinorejissor vəfat etdi

5 İyul 2016 12:31 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 76 yaşlı kinorejissor mədə-bağırsaq traktı xərçəngindən dünyasını dəyişib. Bu ilin mart ayında xərçəng diaqnozu qoyulan Kiarostami ömrünün son günlərində Fransada müalicə alıb.

Qeyd edək ki, Rejissor 1997-ci ildə "Albalı dadı" filminə görə Kann kinofestivalında mükafata layiq görülüb. Kiarostami bütöv bir nəsil İran rejissorlarına təsir göstərib. Həmin rejissorlar ölkənin kinomotoqraf nüfuzunu möhkəmləndiriblər.

Aydan AXUNDOVA