Siqaret qaçaqmalçıları ifşa edildi - Fotolar

5 İyul 2016 15:46 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a daxil olan məlumata görə, əməliyyat məlumatı əsasında həmin şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Masallı rayonunda keçirilən əməliyyat nəticəsində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onlardan birinin idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilindən 80 000 ədəd siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.