Azərbaycanlı iş adamı evində asılmış vəziyyətdə tapıldı - Rusiyada

5 İyul 2016 17:13 (UTC+04:00)

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov bildirib ki, müavini Məzahir Əliyevin qardaşı, 1956-cı il təvəllüdlü iş adamı Rahib Əliyevin meyiti iyulun 3-də evində asılmış vəziyyətdə aşkarlanıb.

İş adamının ölüm səbəbi polis tərəfindən araşdırılır.

Onun cənazəsi Azərbaycana göndərilərək doğulduğu Ucar rayonunda ötən gün dəfn olunub.

APA.az