Aşıq Kamandar haqqında kitab

23 Noyabr 2012 06:59 (UTC+04:00)
Aşıqlar Birliyinin layihəsi olan "Ustad aşıqlarımız" seriyasından yeni kitab işıq üzü görüb. Kitab Borçalı aşıq məktəbinin yetirməsi Aşıq Kamandar Əfəndiyevə həsr olunub.

Kitabda ədəbiyyat və incəsənət xadimlərinin, ictimai-siyasi xadimlərin, folklorşünas alimlərin və sənət dostlarının ustadla bağlı xatirələri, müxtəlif illərdə barəsində mətbuatda yazılan yazılar, müsahibələri və ona ithaf olunmuş şeirlər yer alıb.

"Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla işıq üzü görmüş kitabın məsləhətçisi və redaktoru Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubdur.
Kitab "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu tərəfindən tərtib edilib.

Bahar Rüstəmli
AzNews.az