Dənizdə batan 7 nəfər xilas edildi

5 İyul 2016 19:22 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər, Sabunçu və Qarabağ rayonlarında ümumilikdə 7 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.