Ali Radada dava - Savçenko spikerin yerini “zəbt etdi“

5 İyul 2016 20:16 (UTC+04:00)

Təxminən 15 deputat Rəyasət Heyətini, 5-i isə tribunanı mühasirəyə alıb.

Sədrin yerində deputat Nadejda Savçenko əyləşib.

Parlamentarlar, həmçinin, Rəyasət Həyətinə girişi bağlayıblar.

Nəticədə Radanın spikeri Andrey Parubiy parlamentin axşam iclasını açan kimi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. O bildirib ki, parlamentin işini davam etdirməsi üçün siyasi məsləhətləşmələr aparılması vacibdir.