Argentina millisinin baş məşqçisi istefa verdi

5 İyul 2016 23:53 (UTC+04:00)

Bu, yaxın zamanda rəsmən elan ediləcək.

53 yaşlı mütəxəssis Paraqvay milisindəki və "Barselona"dakı işi ilə tanınıb. O, argentina millisinə 2014-cü ildən rəhbərlik edirdi.

Onun baş məşqçisi olduğu Argentina iyun ayında keçirilən yarışda Amerika Kubokunu qazana bilməyib. Çili ilə keçirilən final oyununun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti zərbələrində Çili millisi 4:2 hesabı ilə qalib gəlib.

Bundan sonra "Barselona"nın hücumçusu Lionel Messi millidən getdiyini elan edib.

Modern.az