“Heç kim bu vəhdəti qıra bilməz“ - Allahşükür Paşazadə

6 İyul 2016 10:00 (UTC+04:00)

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur: "İlk dəfə olaraq rəsədxananın müəyyən etdiyi vaxta uyğun olaraq bütün məscidlərdə eyni vaxtda namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir. Dünyanın heç yerində bu cür vəhdət yoxdur. Bu da bizim tolerantlığımızı göstərir. Bizim böyük düşmənimiz, Qarabağ boyda dərdimiz var. Tezliklə torpaqlarımızın işğaldan azad olunmasını Allah bizə nəsib etsin. Namazların eyni vaxtda qılınması və azanın eyni vaxtda verilməsi bizim üçün çox mühümdür. Bizdə vəhdət var və bəzi qüvvələr buna mane olmaq istəyir. Lakin heç kim bu vəhdəti qıra bilməz. Bunu istəyən Allahdır".


Apa.az