Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olundu - Video

6 İyul 2016 10:13 (UTC+04:00)

"Qəlb və ürək" adlanan bəstənin müəllifləri braziliyalı Tiaqinyo və Projotadır.

"Bu müsiqi Braziliya kimi səslənir. Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir". Videoklipdə Rio-de-Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə 10-12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub.

"Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.




Anspress.com