Elektrik cərəyanı iki nəfərin həyatına son qoydu

6 İyul 2016 12:49 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, cari il iyunun 29-da Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

İyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasov da elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırma aparılır.