Putinin Bakıya səfəri avqustda baş tuta bilər

6 İyul 2016 14:54 (UTC+04:00)

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D. Peskov deyib ki, Rusiya prezidentinin İran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.

Xatırladaq ki, bu ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir.