Rusiya xüsusi təyinatlıları Ermənistanda təlim keçirir

6 İyul 2016 18:47 (UTC+04:00)

APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə birləşmənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Təlimlərdə "Mi-24P" və "Mi-8MT" tipli helikopterlərdən istifadə olunub.

"Təlim çərçivəsində hərbçilər yüksək dağlıq ərazilərdə helikopterlərdə davranış qaydalarını mənimsəyir. Bununla yanaşı, xüsusi təyinatlılar döyüş hazırlığına dair digər məsələlər üzərində də işləyir", - deyə məlumatda bildirilir.

Təlimlər "Kamxud" və "Alagəz" poliqonlarında həyata keçirilir.