Dağıstanda antiterror əməliyyatı aparılır

7 İyul 2016 11:24 (UTC+04:00)

Bu barədə Milli Antiterror Komitəsinin Qərargahından bildirilib. Məlumata görə, iyunun 7-nə keçən gecə antiterror əməliyyatı rejimi Qarabudağkənd rayonunda elan edilib:

"İyunun 7-nə keçən gecə qanunsuz silahlı birləşmələrin, onların havadarlarının və iştirakçılarının müəyyən edilib saxlanılması istiqamətində xüsusi tədbilərin keçirilməsinə başlayıb. Keçirilən antiterror tədbirləri zamanı bəzi xüsusi əməliyyat-axtarış tədbirləri görüləcəyi üçün müvəqqəti məhdudiyyətlər əhali üçün olacaq. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Hələlik əməliyyatlar barədə ətraflı məlumat verilmir.

Bundan əvvəl də bir neçə dəfə Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib. Sonuncu belə rejim iyunun 30-də Dağıstanın üç rayonda qanunsuz silahlı birləşmələrin müəyyənləşdirilməsi, onların havadarlarının ləğv edilməsi və iştirakçıların axtarışı məqsədi ilə edilib. Həmin əməliyyatlar Xunzaxs, Qubins və Şamil rayonlarında keçirilib.

Anspress.com