Uşaq bağçasından oğurluq edildi - Bakıda

7 İyul 2016 11:56 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 6-na keçən gecə Xətai rayonu ərazisindəki "Körpələr evi"nin birindən və uşaq bağçasından pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.

Xətai RPİ 34-cü PB və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.