Putin yenə “yoxa çıxdı”

7 İyul 2016 12:21 (UTC+04:00)

Bundan əvvəl də Putin arabir (əsasən yay aylarında) harasa "qeyb olurdu" və dərhal onun barəsində ən müxtəlif şaiyələr yayılırdı. Hətta ötən il Putin bu cür "qeyb olanda" onun hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırıldığı haqda şaiyələr də yayılmışdı.

İndi Putin təxminən bir həftəlik "yoxa çıxmadan" sonra ABŞ prezidenti ilə telefon danışığı aparsa da yaxın bir həftə ərzind Rusiyanın regionlarına planlaşdırdığı üç səfəri təxirə salıb. Bu haqda Kremlə yaxın mənbələr RBC agentliyinə bildirib.

Söhbət Altay, Yakutiya və Novqorod vilayətlərinə əvvəlcədən planlaşdırılmış səfərlərdən gedir. RBC xatırladır ki, Putin publika qarşısında sonuncu dəfə iyulun 1-də Finlandiyada görünüb.

Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, həmin səfərlər anons edilməmişdi, ancaq "təxmin olunan onlarla tədbir" arasında idi. Məlumata görə Putin iyulun 5-də Dövlət Şurasının rəyasət heyətinin iclasında iştirak etməiydi, ancaq tədbir təxirə salınıb. Yakutiyada isə iyulun 6-da "Asiya Uşaqları" oyunarının açılışı və Rusiya Xalq Cəbhəsinin regionlararası konfransı olmalıydı, həmin tədbirlərdə Putinin iştirakı da nəzərdə tutulmuşdu.

Novqorod vilayətində isə Putin "Akron" istehsalat birliyinə baş çəkməli idi Bu tədbir də təxirə salınıb. "Vedemosti" də Putinin proqramlarının təxirə salındığını təsdiqləyir. Qəzetə məlumat verən mənbə xüsusən Dövlət Şurasının rəyasət heyətinin iclasının təxirə salınmasını "gözlənilməz" hesab edib.

Yakutiya prezidenti Yeqor Borisov isə Putinin bu respublikaya səfərinin təxirə salınmasını "dramatikləşdirməməyə" çağırıb. "Prezident iyulun əvvəllərində nəzərdə tutulmuş qrafikində dəyişiklik edib, onun özünün qrafiki var, bəzən dəyişə bilir"-Borisov deyib.

Virtualaz.org