“Kəpəz” Avrokuboklarda növbəti mərhələyə yüksəldi - Tarixində ilk dəfə

7 İyul 2016 21:28 (UTC+04:00)

Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova "Daçiya"sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə "Kəpəz"in futbolçusu Dario vurub.

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı.

Növbəti mərhələdə "Kəpəz"in rəqibi Avstriyanın "Admira" klubu olacaq.

Report.az