Ağstafanın polis rəisi işdən çıxarıldı

7 İyul 2016 22:44 (UTC+04:00)

Şöbədən verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Ağstafa rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Yaşar Nuriyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, Y. Nuriyev 2014-cü ildən rayon polis şöbəsinin rəisi vəzifəsində çalışırdı. Onun yerinə hələlik təyinat olmayıb.

APA.az