Atəşkəs yenə pozuldu - İriçaplı pulemyotlardan

8 İyul 2016 09:30 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex, Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.