Bakı-Astara yolunda zəncirvari qəza - Fotolar

8 İyul 2016 10:33 (UTC+04:00)

Hadisə 3 avtomobilin toqquşması nəticəsində olub.

Qəza Biləsuvarın Qəribağa Ziyarətgahı adlanan ərazisində baş verib. Belə ki, "Mercedes C class", "Vaz 21 07" və "Mercedes E class" markalı avtomobilləri toqquşub.

Xoşbəxtlikdən yol qəzası nəticəsində ölən olmayıb. Amma hadisə iştirkçıları yüngül xəsarətlər alıblar.

İnsidentin baş verdiyi əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşınları gəlib. Hadisənin dəqiq motivi DYP araşdırmasından sonra məlum olacaq.

Anspress.com