Türkiyə mətbuatı “Kəpəz”i Ermənistan komandası kimi təqdim etdi

8 İyul 2016 12:18 (UTC+04:00)

Qonşu ölkənin bəzi idman portalları "Kəpəz"i Ermənistan klubu kimi təqdim edib.

Onlar arasında "Hürriyet" və "Lig TV" kimi tanınmış saytlar da var. Avropa Liqasında dünən baş tutan I təsnifat mərhələsinin oyunlarının nəticələrinin yayımlandığı xəbərdə "Kəpəz"in qarşısında Ermənistan sözü yazlıb.

Qeyd edək ki, Azərbaycanın tarixi klublarından olan Gəncə təmsilçisi Avroliqanın I mərhələsində Moldova "Daçiya"sını səfərdə vurduğu 1 qol (0:0, 1:0) sayəsində məğlub edərək, mərhələ adlayıb.

Apasport.az